Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Tovuz rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə “İnsan alverinin qurbanı olma” mövzusunda dəyirmi masa təşkil edilib.

01.08.2025

30 iyul 2025-ci il tarixdə Qazax-Tovuz  Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr olunmuş “İnsan alverinin qurbanı olma” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə çıxış edənlər bu günün mahiyyəti barədə ətraflı məlumat verib bildiriblər ki, insan alveri zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilən cinayətdir. Bu günün qeyd olunmasında məqsəd insan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması və ictimayyətin diqqətinin insan alverinin qurbanı olan şəxslərin üzləşdiyi problemlərə yönəldilməsidir.
Tədbirdə mövzu ətrafında maarifləndirici fikir mübadiləsi aparılıb.