Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəmkirdə Milli Qurtuluş Günü qeyd olunub

15.06.2026

Şəmkirdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdən öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Liderin həyat və yaradıcılığından bəhs edən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən natiqlər və tarixçilər Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən ətraflı danışıblar.

Bədii hissədə yerli mədəniyyət işçiləri tərəfindən Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqilər səsləndirilib, məktəblilərin ifasında kompozisiyalar təqdim olunub.

Tədbir çərçivəsində Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edən sənədli film nümayiş etdirilib.