Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gədəbəydə “Millətin dili – dövlətin dilidir” adlı tədbir keçirilib

01.08.2025

Gədəbəy rayon MKS-nin Oxuculara Xidmət Şöbəsi 01 avqust 2025-ci il tarixində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Millətin dili – dövlətin dilidir” adlı tədbir keçirilib.
Tədbir Heydər Əliyev Mərkəzinin əməkdaşları və oxucuların iştirakı ilə baş tutub. Tədbirdə çıxış edənlər Azərbaycan əlifbası və dili haqqında iştirakçılara ətraflı məlumat vermiş, dilimizin tarixi inkişaf yolu, əhəmiyyəti və qorunmasının vacibliyindən danışıblar.