
29.12.2025
29 dekabr 2025-ci il tarixdə Ağstafa şəhər Uşaq Musiqi məktəbində "Uşaqları zərərli informasiyadan qoruyaq" başlıqlı tədbir keçirildi. Tədbirdə əvvəlcə məktəbin direktoru Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunla və bu qanunu pozanlara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimələr haqqında şagirdləri tanış etdi. Daha sonra bu mövzuya aid şəkil və informasiyalar ekranda nümayiş etdirildi.