
25.02.2026
11 fevral 2026- cı il tarixdə Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi olaraq Qazax Müəllimlər Seminariyası İncəsənət Mərkəzində konsert proqramı ilə çıxış ediblər. Səfər çərçivəsində əvvəlcə mərkəzdə sərgilənən, milli irsimizin incilərindən olan xalçalara baxış keçirilib.
Daha sonra məktəbin şagirdləri və müəllimləri tərəfindən konsert proqramı təqdim olunub. İfa olunan musiqi nömrələri dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Şagirdlərin peşəkarlığı, səhnə mədəniyyəti və musiqiyə olan sevgisi tədbirə xüsusi rəng qatıb.