Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağstafa rayon mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən ”Mətbuatın qızıl sətri” mövzusunda dəyirmi masa təşkil edilib.

24.07.2025

22 iyul 2025-ci il tarixdə Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyi, H. Arif Ev Muzeyi və 1 saylı Folklor klubu əməkdaşları birlikdə 22 iyul Milli Mətbuat və Jurnalistika Cünü  ilə əlaqədar olaraq "Mətbuatın qızıl sətri" mövzusunda dəyirmi masa təşkil ediblər. Tədbirdə çıxış edənlər qeyd etdilər ki,  1875-ci il 22 iyulda əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin xalqımızın milli ruhunun formalaşmasında böyük rolu olmuşdur, eyni zamanda mətbuatın və jurnalistikanın inkişaf mərhələlərindən danışıblar.