
18.06.2026
İyunun 18-də Ağstafa şəhər H. Arif adına Uşaq Musiqi Məktəbində “Məzun günü” keçirilib.
Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.
Məktəbin direktoru Arif Əliyev çıxış edərək məzunları, valideynləri və qonaqları salamlayıb, məzunlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində məzunların hazırladıqları maraqlı musiqi və səhnə kompozisiyaları təqdim olunub. Şagirdlərin ifaları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.