
26.12.2025
Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şəmkir Uşaq Reabilitasiya Mərkəzində uşaqlar üçün Yeni il münasibətilə geniş bayram tədbiri keçirilmişdir.
Tədbirin əsas məqsədi reabilitasiya mərkəzində müalicə və sosial adaptasiya prosesində olan uşaqların asudə vaxtının səmərəli təşkili, onların psixoloji vəziyyətinin yaxşılaşdırılması və bayram ovqatının yaşadılması olmuşdur.
Bayram proqramının bədii hissəsində rəqs və musiqi nömrələri, Şaxtababa obrazının iştirakı ilə səhnəcik, həmçinin uşaqlar üçün face art fəaliyyəti təşkil edilmişdir. Tədbir iştirakçıları tərəfindən proqram böyük maraq və sevinc hissi ilə qarşılanmış, uşaqlar üçün unudulmaz bayram əhval-ruhiyyəsi yaradılmışdır.
Tədbirin sonunda Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin rəhbərliyi tərəfindən Şəmkir rayon Mədəniyyət Mərkəzinin kollektivinə göstərilən diqqət və təşkilati dəstəyə görə Təşəkkürnamələr təqdim edilmişdir.
Şəmkir rayon Ə. Cavad adına Mədəniyyət Mərkəzi bundan sonra da sosial yönümlü, inklüziv və humanist dəyərləri təbliğ edən mədəni layihələrin həyata keçirilməsini davam etdirəcəkdir.