20.11.2017
Qazaxbəyli kənd kitabxana filialı 20 noyabr 2017-ci il tarixdə saat 11:00-da Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Qarakənd faciəsində həlak olmuş Alı Mustafayevin adını daşıyan bulağın üstündə “Qəhrəman: Ölməzlik zirvəsi” adlı anım tədbiri keçirilib. Tədbirin əvvəlində şəhidllərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Qəhrəmanın abidəsi üzərinə gül-çiçək dəstələri düzülüb. Tədbirdə Alı Mustafayevin qardaşı Mahmud Mustafayev, filial müdiri Sevinc Alməmmədova, Diyarşünaslıq klubunun müdiri Mehparə Salmanova və kənd sakini Şaxlıx Qurbanova çıxış ediblər. Məktəbin bir qrup fəal oxucularından Alməmmədova Nigar, Adıgözəlov Şamil, Alməmmədov Ülvi, Sadiqov Rəvan Alı Mustafayevin şeirlərindən bəndlər söyləyiblər. Sonda kənd kitabxana filialında “Qəhrəmanlar unudulmur” adlı sərgiyə baxış keçirilib.