11.02.2025
Fevralın 11-də Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin pedaqoji kollektivi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Qasımlı Nicat Elşən oğlunun Tovuzun Dondar Quşçu kəndində yaşayan ailəsini ziyarət edib, şəhidin fotolarından ibarət guşə ilə tanış olublar.