Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada şəhid Əliyev Tahir Çingiz oğlunun ailəsi ziyarət edilib

11.02.2025

11 fevral 2025-ci il tarixində Ağstafa Rayon Hüseyn Arif Ev Muzeyi, Ağstafa Rayon Tarix Diyarşünaslıq Muzeyi və Ağstafa şəhər 1 saylı Folklor klubunun əməkdaşları tərəfindən Ağstafa rayon Xətai kənd sakini, 2002-ci il təvəllüdlü şəhid Əliyev Tahir Çingiz oğlunun doğum günündə ailəsi ziyarət edilib. Şəhidin əziz xatirəsi yad edilərək, döyüş cəbhəsində etdiyi qəhrəmanlıqlardan bəhs edilib. Şəhid Əliyev Tahir  2022-ci il avqustun 5-də Laçın rayonunda xidməti dōyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.