12.02.2025
Fevralın 12-də Ağstafa rayonu Ə.Həmidoğlu adına Aşağı Göycəli kənd tam orta məktəbində “Ziyanlı vərdişlərin insan sağlamlığına təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağstafa rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Vüqar Xəlilov, Ağstafa rayon prokuroru Anar Cəfərov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayon Mərkəzi Xəstəxanasının həkim narkoloqu Vüqar Alıyev mövzu ilə bağlı geniş çıxış edərək narkomaniyanın insan sağlamlığına vurduğu zərər və yaşam tərzinə göstərdiyi mənfi təsiri barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Tədbirdə narkomaniya ilə yanaşı dini radikalizm və erkən nikahların fəsadları barədə də geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda Ağstafa rayon Polis Şöbəsinin hazırladığı maarifləndirici videoçarx nümayiş etdirilib.