Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə ”Ana Dilimiz Milli Sərvətimizdir” mövzusunda dəyirmi masa təşkil olunub

13.02.2025

13.02.2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Gədəbəy rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə "Ana Dilimiz Milli Sərvətimizdir" mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə öncə Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə Gənclər və İdman sektorunun müdiri Röyal İsmayılov açaraq bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Mövzu ətrafında Mərkəzin əməkdaşı Aybəniz Əsgərova və MKS-nin əməkdaşı Şöhrət Yusubova da çıxış ediblər.

Sonda tədbir iştirakçıları MKS-nin təşkil etdiyi kitab sərgisi ilə tanış olublar.