Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda Korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

14.02.2025

Tovuzda Korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib.
Tovuz rayon Heydər Əliyev Mərkəzində Dövlət Proqramı çərçivəsində “Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir” adlı tədbir təşkil edildi.
14 fevral 2025-ci il tarixdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə  “Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir ” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Tovuz rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi  Elnar Məmmədov, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova  bildirdilər ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional işlər barədə məlumat verib, tədbir iştirakçılarını korrupsiya anlayışı və onun formaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər haqda tədbir iştirakçılarını  məlumatlandırıblar
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırdıqdan sonra Korrupsiyaya qarşı mübarizə ilə bağlı hazırlanmış videoçarxa və kitab sərgisinə  baxıldı.