Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında “Nitq Mədəniyyəti” mövzusunda Master Klass-təlim keçirilib

21.02.2025

21 fevral 2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Nitq Mədəniyyəti” mövzusunda Master Klass-təlim keçirildi. İştirakçılara səlis və düzgün nitq üçün  vacib olan üsullar əyani şəkildə izah edildi.  Məktəblilərin iştirakı ilə keçirilən tədbirdə ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapmasının Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğu qeyd olundu. Sonda şagirdlər ana dilimizdən düzgün istifadəyə dair plakatlar nümayiş etdirdilər.