Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Dilimiz milli varlığımızdır” mövzusunda tədbir keçirilib

21.02.2025

21 fevral 2025 - ci il tarixində 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə Ağstafa rayon Mədəniyyət  müəssisələri birlikdə , Mədəniyyət Mərkəzində "Dilimiz milli varlığımızdır" mövzusunda tədbir keçirib.

Öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə  MİHİ - nin Ağstafa rayon şöbəsinin sədri G.Kərimov, Ağstafa MKS- nin direktor müavini G. Sadıxova, Ağstafa rayon Mədəniyyət məkkəzinin metodisti M. Əmirova , gənc yazar R.Axundov və Eynallı kənd mədəniyyət evinin əməkdaşı Ş. İmamverdiyeva çıxış edərək bildiriblər ki, "Beynəlxalq Ana Dili Günü" YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən "Beynəlxalq Ana dili Günü " hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Bütün dünya dövlətlərində olduğu kimi "21 Fevral - Beynəlxalq Ana Dili Günü" ölkəmizdə də qeyd olunur.
Tədbirdə  Ağstafa rayon MKS- nin əməkdaşları Günay Qədiməliyeva, Şəbnəm Qurbanova, Qönçə Hüseynova Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Tofiq Bayramın Ana dili şerlərini səsləndirdilər. Sonda aşıq İradənin ifasında movzuya aid saz havaları səslənib və " Dilimiz milli varlığıımızdır" adlı sərgiyə baxış olunub.