Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub

26.02.2025

Qazaxda Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub.
26 fevral 2025-ci il tarixdə Qazax –Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyevin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanovun və  Qazax rayon mədəniyyət müəssisələrinin əməkdaşlarının  birgə iştirakı ilə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Qazax rayonunda Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün salınmış Şəhidlər Xiyabanı ziyarət olunub, Xatirə kompleksi önünə tər qərənfillər düzülüb.
 Ziyarətçilər Vətən uğrunda canından keçən Şəhidlərimizə və Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyiblər.