Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə ”Xocalı Fəryadı!” adlı tədbir keçirilib

26.02.2025

Gədəbəy rayon Novosaratovka kənd Diyarşünaslıq evi və Novosaratovka kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Xocalı Fəryadı!" adlı  tədbir keçirilib. Tədbirdə Qaraməmmədli  kənd Diyarşünaslıq evi və kitabxana filialı, Kiçik Qaramurad kənd Folklor evi və kitabxana filialı, Böyük Qaramurad kənd Diyarşünaslıq evi və kitabxana filialı, Poladlı  kənd Folklor klubu, Gər-Gər kənd Diyarşünaslıq  klubu və kitabxana filialı, Şahdağ kənd  Diyarşünaslıq klubu və kitabxana filialının əməkdaşları iştirak edib. Tədbirdə çıxış edənlər Xocalı faciəsinin miqyasından, qüdrətlənən Azərbaycan dövlətinin şəhidlərin qanını yerdə qoymamasından danışıblar. Tədbirdə Xocalı faciəsinə həsr edilən şeirlər səsləndirilib.