26.02.2025
Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət mərkəzinin dəstəyi ilə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar olaraq klub və Mədəniyyət evlərində silsilə tədbirlər keçirilib.
Belə ki, Qaracəmirli kənd klubunun təşkilatçılığı ilə Qapanlı, Sarıtəpə, Talış, Qədimqala kənd klubları, 4-saylı şəhər klubu, Dəllər-qəsəbə şəhər klubu və Günəşli kənd folklor evinin kollektivlərinin birgə əməkdaşlığı ilə Qaracəmirli kəndində "Xocalı əsrin faciəsi" adlı tədbir keçirilib. Müxtəlif başlıqlar altında təşkil olunmuş tədbirlərin hamısında Xocalı faciəsi qurbanlarının xatirəsi yad edildi.
Kür-qəsəbə Mədəniyyət evi, Zəyəm-Cırdaxan kənd Mədəniyyət evi, Dəllər-Cəyir kənd Mədəniyyət evi, Çinarlı-qəsəbə Mədəniyyət evi, Çaparlı kənd folklor evi, 2-saylı şəhər klubu, Bayramlı kənd klubu, Qılıncbəyli kənd klubu, Dəllər-Cırdaxan kənd klubu, Ağlavaşlı kənd klubu, Könüllü kənd Mədəniyyət evi, Düyərli kənd Mədəniyyət evi, Keçili kənd Mədəniyyət evi, Şiştəpə kənd Mədəniyyət evi, İrmaşlı kənd folklor klubu, Qasımalılar kənd folklor klubu, Qaralar kənd folklor klublarında da Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilib.
Məktəblilərin iştirakı ilə hazırlanmış kompozisiyalar, Xocalıya aid kitab sərgiləri, video-çarxlar tədbir iştirakçılarına nümayiş etdirilib.