Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

26.02.2025

Gədəbəydə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gədəbəy rayon Heydər Əliyev Mərkəzində rayon mədəniyyət müəssisələrinin, Gədəbəy Rayon İcra Hakimiyyətinin və Gədəbəy rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Tarixin qan yaddaşı!" adlı tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsindən bəhs edən Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbinin rəsm şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirin rəsmi hissəsində bildirilib ki, 26 fevral 1992-ci il Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi həkk olunub. Xocalı soyqırımı Ermənistanın işğalçı siyasətinin, mülki əhaliyə qarşı həyata keçirdiyi amansız cinayətlərin ən qanlı nümunəsidir. Bu faciə nəinki Azərbaycan xalqına, həm də bütün insanlığa qarşı törədilmiş bir soyqırımı aktıdır.

Tədbirin bədii hissəsində məktəblilərin təqdimatında Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdirilib, şeirlər səsləndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla anılıb.

#QazaxTovuzRMİ #XocalıSoyqırımı #Gədəbəy