28.02.2025
28 fevral 2025-ci il tarixində Qazax rayon Tarix Diyarşünaslıq və M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeylərinin birgə təşkilatçılığı ilə 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar "Mülki Müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əməkdaşların hazırlığı və maarifləndirilməsi işinin təşkili" adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərimiz Heydər Əliyevin və Vətənimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən məruzəçilər Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynova çıxış edərək bu günün yaranma tarixindən, keçirilmə arealından və əhəmiyyətindən danışıblar, yanğın zamanı istifadə olunan yanğın söndürmə balonlarının işlətmə texnikası əyani şəkildə tədbir iştirakçılarına bir daha izah olunub.