07.03.2025
Gədəbəydə "Tariximizdə və günümüzdə Azərbaycan qadını" mövzusunda tədbir keçirilib.
07 mart 2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində "8 Mart –Beynəlxalq Qadınlar Günü " münasibətilə Gədəbəy rayonu üzrə Gənclər və İdman sektoru və Gədəbəy rayon Heydər Əliyev Mərkəzi tərəfindən "Tariximizdə və günümüzdə Azərbaycan qadını" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun müdiri Röyal İsmayılov və Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zamiq Söyünov bütün qadınları “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını, müstəqil Azərbaycanın bugünkü ictimai siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğrultduqlarını bildiriblər.