Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada şəhid Abdullayev Nihad Adil oğlunun ailəsi ziyarət edilib

07.03.2025

7 Mart 2025-ci il tarixində Ağstafa Rayon Hüseyn Arif Ev Muzeyi, Ağstafa Rayon Tarix- Diyarşünaslıq Muzeyi və Ağstafa şəhər 1 saylı Folklor klubunun əməkdaşları vətən müharibəsi şəhidi, 2002-ci il təvəllüdlü Abdullayev Nihad Adil oğlunun ailəsini ziyarət edərək qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhidin anasını təbrik ediblər.
Nihad Abdullayev noyabrın 9-u Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Allah şəhidimizə rəhmət eləsin.