11.03.2025
Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 11.03.2025-ci il tarixdə Raduqa körpələr evi -uşaq bağçasında körpə fidanlara "Nağıl saatı" təşkil edib. Kitabxananın əməkdaşı Leyla Məhəmmədli uşaqlara bir -birindən maraqlı nağıllar oxuyub. Oxunan nağıllar uşaqların marağına səbəb olub."Nağıl saatı"nın keçirilməsində məqsəd uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək, kitaba olan maraqlarını artırmaqdır.