13.03.2025
Ağstafada Novruz bayramı münasibətilə tədbir keçirilib
Ağstafa rayon Mədəniyyət Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ağstafa rayon Komitəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Elimizə yaz gəlir" adlı tədbir keçirilib.
Tədbirdə mədəniyyət işçiləri, şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Ağstafa şəhər Hüseyn Arif adına Uşaq Musiqi Məktəbinin şagirdlərinin və Ağstafa rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən "Buta" rəqs dərnəyi üzvlərinin hazırladığı bayram ab-havasını özündə əks etdirən rəngarəng rəqslər və şən musiqilər təqdim olunub.
Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ağstafa rayon Komitəsi tərəfindən mədəniyyət sahəsində işləyən şəhid ailələrinə bayram hədiyyələri təqdim edilib, o cümlədən mədəniyyət işçilərinin azyaşlı uşaqlarına da bayram hədiyyələri verilib.
#QazaxTovuzRMI #Novruz #bayram #Ağstafa