13.03.2025
13 mart 2025-ci il tarixdə Gədəbəy rayonu Parakənd kəndində Mədəniyyət Müəssisələrinin- Parakənd, Alnabat, Daryurd, Arıqıran, İnəkboğan, Nağılar ev, klub və kitabxana filiallarının birgə təşkilatçılığı və iştirakı ilə "Novruz Şənliyi" adlı tədbir keçirildi. Təbdir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.
Ümumilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, qədim əşyalar, bayram xonçaları və səməni sərgiləndi. Tədbir uşaqların səsləndirkləri mahnılarla, şeirlərlə davam etdi. Tədbirin sonunda kosa və keçəlin səhnəciyi təqdim olundu, yumurta döyüşdürüldü və tonqal qalandı.