14.03.2025
14 mart 2025 - ci il tarixində Ağstafa rayon Mərkəzi Kitabxana, Tarix Diyarşünaslıq muzeyi, H.Arif ev muzeyi, Şəhər bir saylı Folklor klubu və MİHİ - nin Ağstafa rayon Komitəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Çiçək ətirli Novruzum " adlı bayram tədbir keçirildi. Tədbirdə kitabxana ,muzeylərin əməkdaşları, şəhər bir saylı məktəbin şagirdləri və şəhər ictimaiyyətindən nümayəndələr iştirak etdi. Tədbiri kitabxananın əməkdaşı Günay Qədiməliyeva açaraq qeyd etdi ki, Novruz "təzə il" deməkdir, baharın ilk günüdür. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. El tonqal başına yığışır, küsülülər barışır, qənc qızlar və oğlanlar məşəl yandırır. Sonra MİHİ- nin Ağstafa rayon şöbəsinin sədri Gülgün Kərimov bayram münasibəti ilə kollektivləri təbrik etdi ,hər birinə bu bahar təravətli günlərdə uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzuladı. Komitə tərəfindən ayrılmış bayram hədiyyələrini əməkdaşların azyaşlı övladlarına təqdim etdi. Tədbir bayram konserti ilə tonqal ətrafında davam etdi.