Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

25.02.2025

Tovuzda Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon Heydər Əliyev Mərkəzinin və YAP Tovuz rayon Təşkilatının təşkilatçılığı ilə Tovuz şəhər M. Ələkbərov adına liseydə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı fəryadı" adlı tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, YAP Tovuz rayon Təşkilatının sədr müavini İlqar Kərimov, məktəbin rəhbərliyi və müəllim kollektivi, məktəbin şagirdləri və valideyinlər iştirak ediblər.

Tədbirdə Xocalı faciəsinə həsr edilən, məktəb şagirdləri tərəfindən təşkil olunan kompozisiya və sərgiyə baxış keçirilib.

#QazaxTovuzRMİ #Xocalı #Tovuz