Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda uşaqlara həsr edilmiş Novruz şənliyi keçirildi

13.03.2025

Qazaxda uşaqlara həsr edilmiş Novruz şənliyi keçirildi.
13 mart 2025-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Mərkəzi, MKS-nin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə uşaqlar üçün “Bahar çiçəkləri ” adlı tədbir təşkil edilib.
Tədbirdə iştirak edən MİHİ Qazax rayon komitəsinin sədri İ.Qurbanov, Mədəniyyət Mərkəzinin direktoru Z.Həsənova, MKS-nin direktoru F.Xudiyeva, 44 günlük Vətən müharibəsi Şəhidi Sərxan Abdullayevin atası Elxan Abdullayev bu günün səbəbkarları olan körpə fidanları Novruz bayramı münasibəti ilə təbrik edib, onlara sağlam can, dərslərində uğurlar, həyatda yüksək nailiyyətlər, uşaqlıqlarını isə doya- doya yaşamağı arzulayıblar.
Uşaqların şən  və  maraqlı  rəqsləri tədbiri daha maraqlı və əyləncəli edib. 
Tədbirdə istedadlı və bacarıqlı uşaqların ifasında şən musiqilər səsləndirilib.
Sonda tədbirə dəvət olunmuş Vətənimizin azadlığı uğrunda canından keçən Şəhidlərimizdən  -Əliyev Timur Nurəddin oğlunun və Abdullayev Sərxan Elxan oğlunun övladlarına Novruz hədiyyələri, ailə üzvlərinə kuponlar təqdim edilib. Eyni mədəniyyət müəssisələrində çalışan əməkdaşların övladlarına  MİHİ Qazax rayon komitəsinin Novruz  hədiyyələri paylanılıb.