Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada Novruz bayramı münasibətilə ”Yurdumun Baharı ” mövzusunda bayram tədbiri keçirilib

15.03.2025

15 mart 2025 - ci il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Ağstafa Dövlət Rəsm Qalereyasının və MİHİ - nın Ağstafa rayon Komitəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Yurdumun Baharı " mövzusunda bayram tədbiri keçirilib. Tədbirdə MİHİ- nin Ağstafa rayon şöbəsinin sədri Gülgün Kərimov, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa Dövlət Rəsm Qalereyasının direktoru v.m.i.e Oruc Mansırov çıxış edərək iştirakçıları bayram münasibəti ilə təbrik ediblər. Qeyd olunub ki,  Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra babalarımızdan bizə miras qalmış Novruz bayramı milli dövlət bayramı kimi təntənə ilə qeyd olunur. Çıxışlardan sonra  istedadlı uşaq və yeniyetmələrin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.  Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Daha sonra MİHİ-nın Ağstafa rayon komitəsi tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzi və Ağstafa Dövlət Rəsm Qalereyası əməkdaşlarının  az yaşlı övladlarına bayram hədiyyələri paylanılıb.