Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Novruz milli bayramımızdır” mövzusunda şənlik keçirilib

17.03.2025

17 mart 2025-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzi kitabxananın və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Novruz milli bayramımızdır" mövzusunda şənlik keçirilib.

Şənlikdə bayram adət-ənənələrini özündə əks etdirən kitablar, qədim milli atributlarımız nümayiş olunub. İştirakçılar bu bayramın sevinc, fərəh və həmrəylik bayramı olduğunu vurğulayıb, Novruz bayramı münasibətilə bir-birini təbrik edərək tonqal ətrafında yallı gedib, rəqs edib, şənləniblər.