Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzi torpaq çərşənbəsini qeyd edib

18.03.2025

18 mart 2025 - ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi Köhnəqışlaq kəndində Torpaq çərşənbəsini qeyd edib

Çıxışçılar tədbir iştirakçılarını, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sağlığı, bol ruzi və sülh-əmin-amanlıq arzulayıb. Tədbirdə mədəniyyət mərkəzinin əməkdaşlarının ifasında bayram proqramı, folklor nümunələri təqdim edilib, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirilib.