Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib

18.03.2025

Tovuzda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Tovuz rayon İcra Hakimiyyətinin, Tovuz rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Novruz Xonçası" adlı ümumrayon tədbiri təşkil edilib.

Tovuz şəhər Heydər Əliyev meydanında keçirilən tədbirdə Dədə Qorqud, Bahar qız, Kosa və Keçəl faytonda şəhər gəzintisindən sonra meydana daxil olub və tədbir iştirakçılarını salamlayıblar.

Meydanın mərkəzində tonqal qalanıb, idmançılar bacarıqlarını nümayiş etdirib, milli oyunlar, Novruz adət-ənənələri təqdim olunub.

Tədbir iştirakçıları Novruz adət-ənənələrini özündə əks etdirən sərgi ilə tanış olub, çıxış edənlər şəhid ailələrini, qaziləri və sakinləri bayram münasibətilə təbrik ediblər.

Bayram şənliyi rayon mədəniyyət və incəsənət işçilərinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.

#QazaxTovuzRMi #Novruz #bayram #Tovuz