Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə Novruz bayramına həsr olunmuş silsilə tədbirlər keçirilib

18.03.2025

Gədəbəydə Novruz bayramına həsr olunmuş silsilə tədbirlər keçirilib

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gədəbəy rayonu üzrə mədəniyyət müəssisələrində Novruz bayramı qeyd olunub.

Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar.

Tədbirlərdə konsert proqramları təşkil olunub, bayram tonqalları qalanıb, Novruzun rəmzi personajları səhnəciklər nümayiş etdirərək tədbir iştirakçıları ilə bayram sevincini bölüşüb.

#QazaxTovuzRMi #Novruz #bayram #Gədəbəy