Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

03.04.2025

Aprelin 3- də Tovuz rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 9- cu ildönümü ilə bağlı "Mübariz oğullar! "  adlı tədbir Tovuz rayon Tarix- Diyarşünaslıq Muzeyində təşkil  olunub. Mövzu ətrafında çıxış edənlər bildiriblər ki, 2016- cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks- həmlə ilə təxribatların qarşısını aldı. Bu, təxribat aprel döyüşləri kimi tarixləşdi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı.  Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi.