05.04.2025
5 aprel 2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Rəssamlıq sənəti üzrə ustad dərsi (Master klass) təşkil olundu. Heykəltaraş-rəssam Ehtiram Xəlilov istedadlı uşaq və gənclərə rəssamlıq sənəti üzrə bir çox mövzulara dair dərslər keçdi. Bu cür ustad dərsləri mütamadi olaraq davam etdiriləcək.