14.04.2025
14 aprel 2025-ci il tarixdə Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, miniatürçü rəssam Fərman Hüseynov tərəfindən muzeyin nəzdində fəaliyyət göstərən "Miniatür" rəsm dərnəyinin üzvlərinə rəssamlıq üzrə ustad dərsi keçirilib. Dərnək rəhbəri Fərman Hüseynov miniatür sənətindəki təcrübələrini şagirdlərlə bölüşüb. Onlar kağız üzərində sulu boyalarla işləmə texnikalarını öyrəniblər.
Miniatür hekayə, hadisə və ya məlumatı şəkillərin dili ilə təsvir etmək sənətidir. Miniatürlər təsvir olunan dövrün həyat tərzi, geyimi və mərasimləri haqqında məlumat verir.
Sonda şagirdlər muzey direktoru tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
#QazaxTovuzRMi #UstadDərsi #Şəmkir #rəssam #miniatür