Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda 15 aprel-Beynəlxalq Mədəniyyət Günü qeyd edilib

15.04.2025

Aprelin 15- də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 aprel-Beynəlxalq Mədəniyyət Günü ilə bağlı "Bu gün  Mədəniyyət Günüdür "  adlı dəyirmi masa  təşkil olunub. Çıxış edənlər bildiriblər ki, Beynəlxalq Mədəniyyət Günü hər il aprelin 15- də dünyanın bir sıra ölkələrində, eləcə də Azərbaycanda qeyd olunur. Qədim zamanlardan zəngin mədəniyyəti ilə tanınan Azərbaycan bəşəriyyətin mədəni inkişafına hər zaman öz töhfələrini verib.Xalqımız tarix boyu mədəni özünəməxsusluğunu qoruyaraq onu yeni nəsillərə ötürə bilib. Hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxmalı, onu təbliğ və inkişaf etdirməlidir. Sevindirici haldır ki, Azərbaycan beynəlxalq aləmdə malik olduğu zəngin mədəni irsi ilə tanınır.