15.04.2025
Gədəbəydə Beynəlxalq Mədəniyyət Günü qeyd edilib.
15 aprel 2025-ci il tarixdə Gədəbəy rayon mədəniyyət müəssisələri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gədəbəy rayon Komitəsinin təşkilatçılığı ilə Gədəbəy Aşıq məktəbində 15 aprel-Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə konsert proqramı keçirilib.
Konsertin əvvəlində çıxış edənlər bildiriblər ki, qədim zamanlardan zəngin mədəniyyəti ilə tanınan Azərbaycan bəşəriyyətin mədəni inkişafına hər zaman öz töhfələrini verib. Xalqımız tarix boyu mədəni özünəməxsusluğunu qoruyaraq onu yeni nəsillərə ötürə bilib. Hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxmalı, onu təbliğ və inkişaf etdirməlidir.
Konsertdə ifaçılar rəngarəng proqramla çıxış ediblər.
#QazaxTovuzRMI #BeynəlxalqMədəniyyətGünü #Gədəbəy #15aprel