Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada 15 aprel - Beynəlxalq Mədəniyyət Günü qeyd edildi

16.04.2025

Ağstafada 15 aprel - Beynəlxalq Mədəniyyət Günü qeyd edildi
16 aprel 2025 - ci il tarixdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Ağstafa rayon üzrə mədəniyyət müəssisələrinin, o cümlədən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ağstafa rayon Komitəsinin birgə təşkilatçılığı ilə "15 aprel - Beynəlxalq Mədəniyyət Günü" münasibətilə tədbir keçirildi.
Tədbirin əvvəlində Ağstafa rayon MKS - nin təşkil etdiyi kitab sərgisinə baxış keçirildi və rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək üzvlərinin rəsmləri və əl işləri nümayiş olundu.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə MİHİ -nin Ağstafa rayon Komitəsinin sədri Gülgün Kərimov, Ağstafa MKS - nin direktoru Solmaz Nağıyeva çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə ölkəmizdə şairlərə, sənət adamlarına, mədəniyyət işçilərinə diqqət və qayğı göstərildiyini xüsusi olaraq vurğuladılar. Həmçinin rayonumuzda da mədəniyyət işçilərinin daim diqqətdə saxlanıldığı onlarla mütəmadi olaraq görüşlərin keçirildiyi qeyd olundu. Çıxışlarda Ulu Öndərin Azərbaycanda mədəni mühitin inkişaf etdirilməsində misilsiz xidmətlərindən geniş söhbət açıldı və bu siyasətin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirildi.
O cümlədən Azərbaycanın qədim tarixə və mədəniyyətə malik ölkə olduğu qeyd olundu. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə hazırda böyük quruculuq işlərinin həyata keçirildiyi, tarixi abidələrimizin bərpa edildiyi vurğulandı.
Tədbirdə Ağstafa rayon Mədəniyyət Mərkəzinin, Ağstafa şəhər Hüseyn Arif adına Uşaq Musiqi Məktəbinin əməkdaşları geniş proqramla çıxış etdilər.
#QazaxTovuzRMI #BeynəlxalqMədəniyyətGünü #Ağstafa #15aprel