17.04.2025
Aprelin 17- də Qazax- Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon üzrə Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində işlərin və qurumlararası koordinasiyanın gücləndirilməsi ilə bağlı "Sağlam ailə, gələcəyə zəmindir" adlı tədbir təşkil olunub. Tədbirdə qonaqlar Tovuz rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdlərinin mövzuya həsr olunmuş rəsm sərgisinə baxış keçirib. İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və vətənin azadlığı uğrunda şəhid olan igidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Mövzu ətrafında ilk öncə Tovuz rayon Mərkəzi xəstəxanasının uşaq şöbəsinin müdiri - pediatr Aybəniz Dəmirova, Tovuz rayon Polis şöbəsinin yetkinlik yaşına çatmamış uşaqların problemləri üzrə baş inspektoru, polis mayoru İlham Məmmədov və Tovuz Gənclər evinin psixoloqu Nigar Rüstəmova çıxış edərək bildiriblər ki, Müstəqil Azərbaycanda həyata keçitilən dövlət ailə siyasəti milli- mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Ölkə başçısı İlham Əliyevin mütəmadi olaraq əhali və dövlət rəsmləri qarşısında çıxışları zamanı ailə dəyərlərindən, ailənin təməlinin sağlam qurulmasından, gənclərin ailədə milli ruhda tərbiyə edilməsindən danışıb.