18.04.2025
Aprelin 18- də Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin və H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin əməkdaşları 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə bağlı "Tarixin izi ilə" adlı ekskursiyanı XV əsrə aid Alban Məbədində təşkil ediblər. M.Mərkəzinin direktoru Asif Qasımov çıxış edərək bildirib ki, Azərbaycan tarixən dini tolerantlıq ənənələrini yaşadan ölkələrdən hesab olunur. Bunun ən bariz nümunəsi müxtəlif bölgələrdə abidələrin, məbədlərin olmasıdır. Tarix etibarilə bu abidələr Azərbaycanın nə qədər qədim bir tarixə malik olduğunu sübut edir.