Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda 15 may - Beynəlxalq Ailə Günü Münasibətilə tədbir keçirilib

07.05.2025

07 may 2025-ci il tarixində Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində Tovuz rayon Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə 15 may Beynəlxalq Ailə Günü Münasibətilə "Ailədə dözülməz mühitin, mənfi, maddi, fiziki təzyiq hallarının qarşısının alınması, qarşılıqlı hörmət əsasında birgə yaşamaq hüququnun formalaşdırılması" mövzusunda tədbir təşkil edildi. 
Tədbirdə çıxış edənlər çıxışlarında bildirdilər ki, Valideyinlərlə övladlar arasında qarşılıqlı hörmət və məhəbbətin olması ən yaxşı əlaqə göstəricisi hesab olunur. Bir çox böyük şəxsiyyətlər öz valideyinləri ilə çox yaxşı və dost əlaqələrə malik olmuşlar. Valideyinlə övladlar arasında olan yaxşı münasibətlər uşaqlarda şad əhval-ruhiyyə və az nigarançılığın yaranmasına səbəb olub. Tədbirə dəvət olunan  nümunəvi ailələrdən biri Əmiraslanov Sahib Allahverdi oğlu öz xanımı ilə uzun ömürlü ailə həyatlarından danışdı.