Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Qadının  Ailədə və Cəmiyyətdə rolu” adlı tədbir keçirib

18.04.2025

18 aprel 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Qadının  Ailədə və Cəmiyyətdə rolu” adlı tədbir keçirib. Tədbirdə Mədəniyyət Işçiləri  Həmkarlar İttifaqı  Qazax rayon komitəsinin  sədri, Əməkdar Mədəniyyət işçisi İsgəndər Qurbanov, Qazax rayon mədəniyyət müəssələrinin  bir qrup  əməkdaşı iştirak edib. İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin  və torpaqlarmızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, MİHİ Qazax rayon Komitəsinin “Gender Bərabərliyi və Qadın Problemləri” komissiyasının sədri Fəridə Xudiyeva “Qadının  Ailədə və Cəmiyyətdə rolu”  adlı məruzə ilə çıxış edərək bildirib ki, müasir dövrdə  qloballaşma şəraitində qadınların cəmiyyət həyatında  fəal təmsilçıliyi, gender bərabərliyi kimi məsələlər bəşəriyyət üçün mühüm aktuallığa malikdir. Hazırda əsas beynəlxalq sənədlərdə, hüquqi–normativ aktlarda cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir.Ümumiyyətlə qadınların hüquqlarının qorunması cəmiyyətin inkişafında mühum yer tutur. Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirib. Respublikamızda qadın hərəkatının geniş vüsət almasında, sistemli faliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri də xüsusi vurğulanmalıdır.  
MİHİ Qazax rayon komitəsinin  sədri  İsgəndər Qurbanov cıxışında  qeyd edib ki, 1993-cü ilin iyunundan sonra ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının qorunması üzrə sistemli,ardıcıl və məqsədyönlü  tədbirlər həyata keçirilib,mühüm qanunlar və qərarlar qəbul olunub.Azərbaycan Respublikası gender siyasətinin   inkişaf edirilməsi üçün gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub.  MİHİ Qazax rayon Komitəsi də öz növbəsində işləyən qadınların bərabər hüquqluğunu təmin etmək, Əmək Qannvericiliyində nəzərdə tutulmuş sosial təminatlara riayət eymək, əmək şəraitinin və iş yerlərinin yaxşılaşdırılmasına nail olmaq üçün lazımi tədbirlər keçirib. 
Mövzu ətrafında cıxış edənlər şairə Gülsənəm Cəlilli, Hüseynbəyli kənd kitabxana filialının müdiri Gülşən Hadıyeva, Qazax Diyarşünaslıq Muzeyinin elmi işçisi Arzu Alıyeva, M.V.Vidadi və M.P.Vaqif adına Xatirə muzeyinin bərpaçı rəssamı Arzu Həsənova, çıxışlarında bidiriblər ki, ölkəmizdə qadın hüquqlarının qorunması, onların cəmiyyətin müxtəlif  sahələrində uğurlu iştirakçılığının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəcilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur.
Tədbir diskussiya şəraitində davam edib və sonda Qazax rayon MKS-nin təsərrüfat müdiri Günel Yusifovanın işləyərək Qazax Dövlət  Sosial İqtisadi kollecinə qəbul olması, bu gün təhsilini başa vurması münasibətilə MİHİ Qazax rayon Komtəsinin və Qazax rayon MKS-nin hədiyyəsi və gül dəstəsi təqdim edilmişdir.