Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü qeyd olunub

23.04.2025

Gədəbəydə Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü qeyd olunub

23 aprel 2025-ci il tarixində Gədəbəy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə oxucular və müxtəlif sahələrdən olan tədbir iştirakçıları da iştirak ediblər.

Tədbir zamanı çıxış edənlər bu əlamətdar günün mahiyyəti barədə məlumat verərək, kitabın insan həyatında və cəmiyyətin inkişafında oynadığı roldan, həmçinin müəllif hüquqlarının qorunmasının vacibliyindən bəhs ediblər. Çıxışlarda həmçinin Gədəbəy rayonunda bu sahədə görülən işlər və oxucular üçün təşkil olunan müxtəlif maarifləndirici tədbirlər haqqında da ətraflı məlumat təqdim olunub.