Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə ”Qəhrəmən həmyerlimiz ” mövzusunda dəyirmi masa keçirilib

07.05.2025

07 may 2025 - ci il tarixdə Şəmkir rayonunun Qapanlı  kəndində  Böyük Vətən Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş "Qəhrəmən həmyerlimiz " mövzusunda dəyirmi masa keçirilib. Tədbir Qapanlı kənd klubunun təşkilatçılığı ilə, Qaracəmirli, Talış, Sarıtəpə, Dəllər qəsəbə, Qədimqala kənd klublarının dəstəyi ilə, MKS Qapanlı və Qaracəmirli filiallarının iştirakı ilə baş tutub. Əvvəlcə Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun büstü ziyarət edilmiş, sonra isə tədbir Qapanlı kənd klubunda davam etdirilib.