Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin əməkdaşları tərəfindən 1941-1945 Abidə Kompleksi ziyarət edilib

08.05.2025

8 may  2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları 9 may - Qələbə Günü ilə əlaqədar canını Vətən, xalq  yolunda fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən 1941-1945 Abidə Kompleksi önünə gül dəstələri qoyaraq, əziz xatirələrini ehtiramla yad ediblər. E. Hüseynov adına Mərkəzi kitabxananın oxu zalında ilk öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra  “Azərbaycan Vətən Müharibəsi dövründə” adlı videoçarxda   Azərbaycanın həm cəbhə bölgəsində döyüş xarüqələri yaradan qəhrəman oğulları,  həm də arxa cəbhədə fədakarlıq göstərən  həmvətənlərimiz haqqında materiallar nümayiş  olunub. Bu qələbənin qazanılmasında xalqımızın mühüm rolu olduğundan bəhs edilib. Belə ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanov, Uzaq Adriatik sahillərində yenilməz qəhrəmanlıqlar göstərən “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə, həmyerlimiz Müseyib Allahverdiyev və bir çox qəhrəmanlarımızın göstərdiyi şücaətlər haqqında ətraflı materiallar nümayiş olunub.