08.05.2025
08 May 2025-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi, Ağstafa Mərkəzləşdirilmiş Kitabxana sistemi və Ağstafa Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 9 may - Qələbə Günü münasibəti ilə Ağstafa rayon Dağkəsəmən kəndində yerləşən “1941-1945 xatirə kompleksi” ziyarət olundu. Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin abidəsini önünə gül dəstələri düzüldü. Çıxışlarda 9 may qələbə günün tarixi və həmin qələbədəki Azərbaycan xalqının ön və arxa cəbhədəki fədakarlığından bəhs edildi. Heykəltəraş - rəssam Ehtiram Xəlilov xatirə kompleksində müəllifi olduğu abidə və büstlər haqqında ziyarətçilərə və rəsm dərnək şagirdlərinə
geniş məlumat verdi.