Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzində UİF iştirakçılarının ekskursiyası keçirilib

10.05.2025

Ağstafa rayon Heydər Əliyev Mərkəzində UİF iştirakçılarının ekskursiyası keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalının (UİF) iştirakçıları üçün ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində uşaqlar Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlatlarla tanış olub, onun zəngin irsi və dövlətçilik fəaliyyətinə dair ətraflı məlumat əldə ediblər. Ekskursiyanın əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli dəyərlərimizin təbliğidir.