Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda  18 may-Beynəlxalq Muzeylər Günü ilə əlaqədar ekskursiya təşkil edilib

16.05.2025

16 may 2025-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 18 may-Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Qazax rayon Tarix - Diyarşünaslıq Muzeyi,  M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinə ekskursiya təşkil edib. Ekskursiya zamanı muzeylərin tarixi, xalqımızın ulu keçmişinə məxsus qiymətli sənət əsərləri, mədəni irsimizin eksponatları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, milli-mənəvi sərvətlərimizin saxlanc yeri olan muzeylərdə eksponatlar azərbaycançılığın təbliği məqsədilə gələcək nəsillər üçün ciddi şəkildə mühafizə olunur. Ekskursiyanın sonunda Qazax rayon MKS-nin direktoru Fəridə Xudiyeva muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb, kollektivlə xatirə şəkli çəkdirib.